"Beşiktaş"ın prezidenti Fikret Orman Mehmet Ali Erbilin keçmiş həyat yoldaşı ilə görüntülənib

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikret Orman yenidən gündəmə gəlib.

Klub rəhbərinin yeni sevgilisi ilə görüntüləri yayılıb.

O, ölkənin məşhur şoumeni Mehmet Ali Erbilin keçmiş həyat yoldaşı Tuğba Coşkun ilə Bodrum bölgəsində istirahət edir. Onlar birgə məşq etdikdən sonra dənizə baş vurublar.

Qeyd edək ki, Fikrət Orman 21 illik həyat yoldaşı Sedef Zaimdən boşandıqdan sonra Azərbaycan əsilli ukraynalı model Ülviyyə Alekslə sevgili olub. O, 2017-ci ildə həmin xanımla eyni məkanda istirahət edib. Klub prezidentinin ötən il Türkiyə gözəli seçilmiş Özlem Kaymazla da özünün sahibi olduğu oteldə görüntüləri yayılıb.