Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycanlı futbol hakimi Namiq Hüseynov UEFA-dan təyinat alıb.

Futbolqol.az-ın məlumatına görə, 32 yaşlı referi UEFA Regionlar Kubokunun final mərhələsində keçiriləcək "Bavaria" - "Ligue de Normandie" matçında yan xətt hakimi olacaq. Qarşılaşmanı israilli Eytan Şemeuleviç idarə edəcək.

Qeyd edək ki, A qrupundav keçiriləcək qarşılaşma iyunun 18-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.