"Qəbələ"dən ayrılan futbolçu Ukrayna klubunun düşərgəsində

Mövsümün sonunda "Qəbələ"dən ayrılan Dmitri Bezotosnı karyerasını ölkəsi Ukraynayada davam etdirə bilər.

35 yaşlı qolkiper "Çernomorets"in düşərgəsindədir. Komanda ilə məşqlərdə iştirak edən Bezotosnı məşqçi heyəti tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə imzalancaq.

Qeyd edək ki, "Qəbələ"də 4.5 il keçirən Bezotosnı 2011-2015-ci illərdə isə "Çernomorets"in formasını geyinib.