“Kayserispor”un futbolçusu Azərbaycan millisinə dəvət aldı

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisinə dəvət alıb.

Bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü “Hürriyet” nəşrinə bildirib. O, təklifə müsbət yanaşdığını deyib: “Təklif gəldiyi doğrudur. Düşünürəm və isti baxıram. Millidə oynamağı hər kəs istər. Əlbəttə, Türkiyə yığmasının formasını geyinmək istərdim. Ancaq Azərbaycan millisində də oynamaq da qürurverici olar”.

Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay “Eskişehirspor”dan “Kayserispor”a keçib. Ötən mövsüm Türkiyə Super Liqasında keçirdiyi 17 oyunda 3 qol vuran yarımmüdafiəçi karyerası ərzində “Tokatspor” və “Göztepe”nin də formasını geyinib. AFFA əvvələr də Azərbaycan əsilli türkiyəli futbolçuları milliləşdirib.