"Mançester Yunayted"in yeni kapitanı məlum oldu

Müdafiəçi Eşli Yanq İngiltərənin "Mançester Yunayted" futbol klubunun yeni kapitanı olub.

Ötən mövsüm komandanın kapitan sarğısını ekvadorlu müdafiəçi Antonio Valensiya daşıyıb, lakin mövsümün sonunda onun klubla müqaviləsi başa çatıb və futbolçu komandanı tərk edib.

"Yanq komandanın yeni kapitanıdır. Start heyətində meydana çıxdıqda, kapitan sarğısı onda olacaq", - deyə klubun baş məşqçisi Ule Qunnar Sulşer bildirib.

Vitse-kapitan isə 28 yaşlı ispan qapıçı David de Xea olacaq.