Azərbaycan UEFA reytinqində 2 xala çatdı

Avrokuboklarda III təsnifat mərhələsinə start verilib.

Dünən Çempionlar Liqasında 5, Avropa Liqasında 3 görüş baş tutub.

Keçirilən oyunlardan sonra ölkələrin UEFA reytinqi açıqlanıb və bəzi yerdəyişmələr qeydə alınıb.

Düzdür, Azərbaycanın mövqeyi yenə dəyişməyib. Lakin xal hesabımız artıb. Çempionlar Liqasında Kipr APOEL-i üzərində səfər qələbəsi qazanan (2:1) "Qarabağ" ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. Bununla cari mövsümün qazancı 2 xala çatıb.

Son 5 mövsümün nəticələrinə əsasən reytinq xalımız 17,325-ə yüksəlib ki, 25-ci pillədəki Qazaxıstanla aradakı fərq 0,625 xala enib.