Alveşin təqdimatına 45 min azarkeş gəldi

Braziliyanın "San Paulo" klubu yeni transferi Dani Alveşi ictimaiyyətə təqdim edib.

Təqdimat mərasiminə 45 azarkeş gəlib. 37 yaşlı müdafiəçi diz çökərək klubu emblemini öpüb.

Tədbirdə Braziliya millisinin və "San Paulo"nun keçmiş futbolçusu Kaka da iştirak edib. Alveşə yeni klubunda geyinəcəyi 10 nömrəli formanı da məhz Kaka təqdim edib.

Qeyd edək ki, Avropada "Sevilya", "Barselona", "Yuventus" və PSJ-də çıxış etmiş Alveş "San Paulo" ilə 2022-ci ilin dekabrına qədər müqavilə imzalayıb.