“Çelsi” üzr istədi

Çelsi” sabiq skautu Eddi Hitə görə üzr istəyib.

Eddi pedofillikdə ittiham edilir. O, 70-ci illərdə klubda çalışarkən azyaşlıları zorlayıb.

Məsələ araşdırılarkən 23 şahid dindirilib. Onlardan 15-i skaut tərəfindən zorlandıqlarını bildiriblər.

Klub sabiq əməkdaşına görə üzr istəməklə yanaşı, zərərçəkənlərə kompensasiya ödəməyə də hazır olduğunu bildirib.

Məlumata görə, həmin vaxt "Çelsi”də baş məşqçinin köməkçisi işləyən Dario Qradi Hitin cinayətindən xəbərdar olub, amma bunu gizlədib.