Avroliqanın ən yaxşısı adına 3 namizəd açıqlandı

UEFA Avropa Liqasında ötən mövsüm üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.
Futbolqol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avroliqanın son qalibi olan "Çelsi"dən iki futbolçu – Eden Hazard, eləcə də Olivye Jiru və Frankfurt “Ayntraxt”ından Luka Yoviçdir.

Eden Hazard ("Çelsi"/"Real")

Olivye Jiru ("Çelsi")

Luka Yoviç ("Ayntraxt"/"Real")

Qeyd edək ki, ən yaxşə futbolçunun adı avqustun 30-da Monakoda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.