"Səbail"in futbolçusunun 30 milyon dollarlıq sərvəti

"Səbail"in yarımmüdafiəçisi Maykl Essyen Afrika qitəsinin ən varlı futbolçularından biridi.

Bu barədə məlumatı ulduz futbolçunun ölkəsi Qana mətbuatı yayıb.

Essyen sərvətini sosial şəbəkə və mətbuat vasitəsilə yaymağı sevməsə də, onun ən zənginlər arasında olduğu qaçılmazdı. Qanalılar 37 yaşlı orta sahə oyunçusunun malikanəsinin və bəzi maşınlarının şəkillərini yayıb. Rəsmi olmasa da, onun sərvətinin 30 milyon dollardan çox olduğu bildirilir.

Essyenin Qanada 2-dən çox malikanə ilə yanaşı, Avropada bir neçə villası var. Xüsusən də, Birləşmiş Krallıqda evi göz oxşayır. Futbolçunun qarajında olan avtomobillərin təxmini dəyəri isə 1 milyon dollardan çoxdu.

Qeyd edək ki, ötən ildən "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Lion", "Çelsi", "Real" və "Milan" kimi nəhəng klubların formasını geyinib. O, 2005-ci ildə "Lion"dan "Çelsi"yə 24,4 milyon funt-sterlinqə keçib və həmin dövr üçün Afrikanın ən bahalı transferi sayılıb.(matc.az)