"Liverpul" "Real"ın göstəricisini təkrarladı

UEFA Superkubokunda "Çelsi"ni penaltilər seriyası ilə məğlub edən "Liverpul" 14 illik həsrətə son qoyub.

"Qırmızılar" 2005-ci ildən sonra ilk dəfə bu kuboku muzeyinə aparıb.

Premyer Liqa təmsilçisi ümumilikdə 4-cü dəfə Superkubokun qalibi olub ki, bu baxımdan "Real"a çatıb. Çünki "kral klubu" da eyni sayda Superkuboka yiyələnib.

"Liverpul" indi yalnız "Barselona" və "Milan"dan geri qalır. Adıçəkilən komandalar 5 dəfə bu titula sahib çıxıb.