Klopp bunu bacaran ilk alman məşqçi oldu

“Liverpul” UEFA superkubokunda “Çelsi”ni məğlub edərək (2:2, penaltilər 5:4), qalib olub.

Sözügedən qarşılaşma Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. Belə ki, Klopp, UEFA superkubokunu qazanan ilk alman baş məşqçi olub.

Kloppdan əvvəl 5 alman mütəxəssis UEFA superkuboku matçına vəsiqə qazansa da, hamısı uğursuz olub.