"Mançester Yunayted"də oynamış futbolçu özünü asdı

Uelsli futbolçu Joel Darlinqton intihar edib.

21 yaşlı gənc oyunçu özünü asıb.

Belə ki, onu evinin qarajında asılmış vəziyyətdə tapıblar. İlkin ehtimala görə, tez-tez zədə alması hücumçunu bezdirib və bu üzdən belə addıma əl atıb. Darlinqton bir neçə il əvvəl "Mançester Yunayted"də baxışda olub, lakin yoxlama görüşlərinin birində qolu sındığı üçün geri qaytarılıb.

Son klubu "Bala Taun" olan mərhum futbolçu Uelsin aşağı yaş qrupu üzrə yığmalarında da çıxış edib.