"Mançester Yunayted" yeni formasını təqdim etdi - FOTO

"Mançester Yunayted" yeni mövsüm üçün 3-cü formasını təqdim edib.

Futbolqol.az klubun saytına istinadən xəbər verir ki, yeni forma qara və cəhrayı rənglərdən ibarətdir.

Qeyd edək ki, "mankunyanlar" buna bənzər forma ilə klub tarixinin ilk titulunu qazandığı vaxt - 1909-cu ildə "Bristol Siti"yə kubokun finalında 1:0 hesabı ilə qalib gələrkən çıxış edib.