Futbol tarixinin ən bahalı 30 transferi - SİYAHI

Romelu Lukaku "Mançester Yunayted"dən "İnter"ə transfer olundu. İtaliya təmsilçisi bu keçid üçün bonuslarla birlikdə "qırmızı-şeytanlar"a 75 milyon avro ödəyəcək.

Bununla da belçikalı ulduz adını ikinci dəfə ən bahalı transferlər siyahısına yazdırıb. Lukanu ilk dəfə 2017-ci ildə "Everton"dan "Mançester Yunayted"ə 84.7 milyon avroya transfer olunaraq ən bahalı transferlər siyahısına düşmüşdü.

Futbol tarixinin ən bahalı 30 transferini təqdim edirik.

1. Neymar ("Barselona"dan PSJ-yə) - 222 milyon avro

2. Filip Kountinyo "Liverpul"dan "Barselona"ya) - 145 milyon avro

3. Kilian Mbappe ("Monako"dan PSJ-yə)- 135 milyon avro

4. Joao Feliks ("Benfika"dan "Atletiko"ya) - 126 milyon avro

5. Osman Dembele ("Borussiya Dortmund"dan "Barselona"ya) - 125 milyon avro

6. Antoine Qrizmann ("Atletiko"dan "Barselona"ya) - 120 milyon avro

7. Kriştiano Ronaldo ("Real"dan "Yuventus"a) - 117 milyon avro

8. Paul Poqba ("Yuventus"dan "Mançester Yunayted"ə) - 105 milyon avro

9. Qaret Beyl ("Tottenhem"dən "Real"a) - 101 milyon avro

10. Eden Hazard ("Çelsi"dən "Real"a) - 100 milyon avro

11. Kriştiano Ronaldo ("Mançester Yunayted"dən "Real"a) - 94 milyon avro

12. Qonzalo Hiquayn ("Napoli"dən "Yuventus"a) - 90 milyon avro

13. Neymar ("Santos"dan "Barselona"ya) - 88.2 milyon avro

14. Harri Maquayr ("Lester"dən "Mançester Yunayted"ə) - 87 milyon avro

15. Mattis de Liqt ("Ayaks"dan "Yuventus"a) - 85.5 milyon avro

16. Romelu Lukaku ("Everton"dan "Mançester Yunayted"ə) - 84.7 milyon avro

17. Virgil van Diyk ("Sautqempton"dan "Liverpul"a) - 84.6 milyon avro

18. Luis Suares ("Liverpul"dan "Barselona"ya) - 81.7 milyon avro

19. Lukas Hernandes ("Atletiko"dan "Barselona"ya) - 80 milyon avro

20. Nikolas Pepe ("Lill"dən "Arsenal"a) - 80 milyon avro

21. Kepa Arrizabalqa ("Atletik"dən "Çelsi"yə) - 80 milyon avro

22. Zinəddin Zidan ("Yuventus"dan "Real"a) - 77.5 milyon avro

23. Kevin de Brunye ("Volfsburq"dan "Mançester Siti"yə) - 76 milyon avro

24. Romelu Lukaku ("Mançester Yunayted"dən "İnter"ə) - 75 milyon avro

25. Frenki de Yonq ("Ayaks"dan "Barselona"ya) - 75 milyon avro

26. Xames Rodriges ("Monako"dan "Real"a) - 75 milyon avro

27. Angel Di Maria ("Real"dan "Mançester Yunayted"ə) - 75 milyon avro

28. Rodri ("Atletiko"dan "Mançester Siti"yə) - 70 milyon avro

29. Tomas Lemar ("Monako"dan "Atletiko"ya) - 70 milyon avro

30. Zlatan İbrahimoviç ("İnter"dən "Barselona"ya) - 69.5 milyon avro

Fanat.Az