"Beşiktaş"ın futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Türkiyənin "Beşiktaş" klubunun və Xorvatiya millisinin futbolçusu Domaqoy Vida zədələnib.

Futbolqol.az "Milliyet"ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi İstanbul təmsilçisinin məşqində xəsarət alıb və daha sonra xəstəxanaya aparılıb. Vidanın durumuna MTR (maqnit-rezonans tomoqrafiyası) müayinəsindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Vida Slovakiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin oyunları üçün yığmaya çağrılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.