Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Futbolqol.az-ın məlumatına görə, nəticələr ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 17.500 xalla 26-cı pillədə qalıb. Ölkəmizdən 1 pillə irəlidə olan Qazaxıstanın 18.500 xalı var.

Qeyd edək ki, bu gün təmsilçimiz "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə qarşılaşacaq.