Millimizə verilən qiymət - Xorvatiyadan 20 qat zəif

Xorvatiya mətbuatı AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçiriləcək oyun barədə yazıb.

Həmkarlarımız yığma komandalarının Bakıda çətinliklə üzləşəcəyini proqnozlaşdırıb.

Yerli KİV Xorvatiyanın aşkar favorit olduğunu, ancaq onları çətin oyunun gözlədiyini hesab edir: "Xorvatiya favorit olsa da, Azərbaycanla evdəki oyun bunu aşkar göstərmədi. Azərbaycanlılar həmin oyunda qapıya zərbə belə, vura bilmirdilər. Ancaq xorvatlar çətinliklə qalib gəldilər. İndi komandada əhval-ruhiyyə tam fərqlidi və hədəf yalnız 3 xaldı. Futbolçuların transfer qiymətinə baxsaq, Xorvatiya 294, Azərbaycan isə cəmi 15,2 milyon avro dəyərindədi. Yəni arada 20 qat fərq var".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da start götürəcək.