Arda Turan həbs olundu

Türkiyəli futbolçu Arda Turanla müğənni Berkay Şahin bu gün üçüncü dəfə hakim qarşısına çıxıb.

İstanbul Ədalət Sarayında baş tutan məhkəmədə hökm oxunub.

Nəticədə Arda Turana qorxu və tədirginlik yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən yaralamaq günahlarından 2 il 8 ay 15 gün həbs cəzası verilib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib. Bu müddətdə təqsirləndirilən şəxs cinayət törətməsə və qanunlara əməl etsə, cəzanın ləğvi mümkün olacaq.

Qeyd edək ki, Arda Turanla Berkay Şahin ötən ilin oktyabr ayının 10-da gecə klubunda dalaşıb, futbolçu başla müğənninin burnunu sındırıb. Daha sonra xəstəxanada Berkayın yanına gedən Arda ona silah çəkib və yerə atəş açıb.