“Baş məşqçi bizə dedi ki, çox da fikir eləməyin” – “Düdelanj”ın futbolçusu

“Düdelanj”ın futbolçusu Rikardo Delqado Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Delqado, “Qarabağ”ın APOEL-dən daha güclü olduğunu deyib:

“Nəzəri cəhətdən biz daha zəif komandayıq. Rəqiblərimizi təəccübləndirəcək gücdəyik. Baş məşqçi bizə dedi ki, çox da fikir eləməyin. O, bu matçlardan həzz almağımızı və əylənməyimizi istəyir.

Çempionatın son oyunundakı qələbə möhtəşəm idi. Amma “Qarabağ”la matç tam fərqlidir. “Qarabağ” APOEL-dən fərqli komandadır. Məncə, “Qarabağ” daha güclüdür. Bu üzdən, işimiz çətin olacaq. Hamımız bilirik ki, “Sevilya” qrupun favoritidir. Ancaq işlərimiz yaxşı getsə, mümkün qədər xal qazana bilərik. Qrupdakı vəziyyətimizi də sonda görəcəyik. Hiss edirəm ki, Daniel Sinani qol imkanı əldə etsə, qaçırmayacaq. Komandamızın potensialına inanıram. 90 dəqiqənin sonunda hamımızın əylənəcəyinə ümid edirəm”.

Bu gün keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək.