Lüksemburqun idman naziri erməni təxribatına görə "Qarabağ"dan üzr istədi

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olub.

Futbolqol.az xəbər verir ki, matçın 31-ci dəqiqəsində baş verən erməni təxribatına görə Lüksembruqun idman naziri “Qarabağ” komandasının üzvlərinə yaxınlaşaraq onlardan üzr istəyib. O, daha sonra stadionun tribunasından baş verənləri təxribat adlandırıb və Azərbaycan tərəfindən üzr istəyib.

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.

Oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.