İtaliyalı məşhur futbolçu karyerasını başa vurdu

"Yuventus" klubunun və İtaliya millisinin sabiq futbolçusu Kladio Markizio karyerasını başa vurub.

33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesablarından paylaşım edib. Mətbuatda onun səhhətinə görə bu addımı atdığı bildirilib.

Qeyd edək ki, Markizio son olaraq Rusiyanın "Zenit" klubunun formasını geyinib. Turin təmsilçisinin yetirməsi olan oyunçu yeddi dəfə İtaliya çempionu, 3 dəfə ölkə kubokunu, 4 dəfə isə Superkubokunu qazanıb.