UEFA azarkeşlərin irqçi davranışları səbəbindən ev sahiblərini boş tribunalarla cəzalandırıb

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də keçiriləcək Macarıstan və Azərbaycan yığma komandaları arasından matç zamanı Budapeştin “Groupama Arena” stadionunda tribunalar boş olacaq.

Bu barədə UEFA-nın intizam komissiyasında müvafiq qərar qəbul edilib. Qərara görə, macar azarkeşlərin Slovakiya yığması ilə bu yaxınlarda keçirilmiş matçda irqçi davranışları səbəbindən Macarıstan yığması cəzalandırılır.