Arvadını öldürüb itə yedizdirən qapıçı müqavilə bağladı

Braziliyalı qapıçı Bruno Fernandes futbola qayıtmağa hazırlaşır.

Fernandes 2010-cu ildə həyat yoldaşını öldürərək cəsədini itə yedizdirməkdə ittiham olunaraq həbs edilmişdi. 34 yaşlı qapıçı 3-cü divizion klubu "Posos de Kaldes”lə müqavilə bağlayıb.

Onun yeni klubunda aylıq məvacibi 10 min rial (2230 avro) olacaq. Müqavilə isə 2020-ci ilin yanvarına qədər nəzərdə tutulub. Ancaq qapıçı özünün yaxşı tərəfdən göstərə bilsə, müqavilə uzadılacaq.

Fernandes daha əvvəl "Atletiko Mineyro” və "Flamenqo”da çıxış edib.