Xorvatiya - Macarıstan matçı ərəfəsində 85 nəfər saxlanıldı

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Macarıstan oyunu ərəfəsində 85 nəfər saxlanılıb.

Futbolqol.az "Nepszava" nəşrinə istinadən xəbər verir ki, Split polisi ixtişaşlara görə saxlanılanların 36-nın xorvat, 49-nun isə əcnəbi vətəndaşlar olduğunu bildirib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən sonra insident baş verməyib.