Nazarov klubu ilə yeni müqavilə imzaladı

Almaniyanın "Ertsebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla müqavilənin müddətini uzadıb.

29 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2023-cü ilin iyuluna kimi nəzərdə tutulub. Klub həmçinin yarımmüdafiəçi Klemens Fandriçlə də müqaviləni eyni müddətə yeniləyib.

Qeyd edək ki, Nazarov 2016-cı ilin yayından "Ertsebirge"də çıxış edir. O, komandanın heyətində 97 oyun keçirib və 20 qol vurub. Nazarov cəzalı olduğu üçün Bəhreyn və Macarıstan kollektivləri ilə oyunları üçün Azərbaycan millisinə çağırılmayıb.