Dünya çempionatına aparılmayan alman futbolçu milli karyerasını bitirdi

Futbolqol.az-ın “Bild”ə istinadən məlumatına görə, Yoahim Lövün onun adını dünya çempionatının iştirak ərizəsinə daxil etməməsinə görə qəzəblənən 30 yaşlı futbolçu yığma karyerasını bitirmək qərarı alıb.

“Məncə, hər şey aşkardı: həyata baxışım, səmimiliyim, dürüstlüyüm yığma komandanın məşqçilər heyətinin ürəyincə deyil” – deyə, Vaqner bildirib.

Qeyd edək ki, Sandro Vaqnerin əvəzinə, daha öncə əsas millidə oyun təcrübəsi olmayan, “Frayburq”un hücumçusu Nils Petersenin adı iştirak ərizəsinə daxil edilib.