"Liverpul"un futbolçusu "Ginnesin rekordlar kitabı"na düşdü

"Liverpul"un futbolçusu Trent Aleksandr-Arnold "Ginnesin rekordlar kitabı"na düşüb.

Futbolqol.az xəbər verir ki, İngiltərə millisinin üzvü Premyer Liqada müdafiəçilər arasında qol ötürməsi ilə rekord müəyyənləşdirib.

Ötən mövsüm 12 məhsuldar ötürmə edən futbolçu "Evertonun oyunçuları Endi Xinçkliff (1994/95) və Leyton Beynsin (2010/11) rekordunu yeniləyib.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 8 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.