İlk qırmızı vərəqəni göstərmiş hakim vəfat etdi

Goal.az-ın məlumatına görə, Babacan 88 yaşında dünyasını dəyişib. O, həm də mundiallarda iştirak etmiş ilk türkiyəli hakim kimi tarixə düşüb. 1974-cü ildə Almaniyada keçirilmiş dünya çempionatına qatılan Babacan çilili futbolçu Karlos Kasseliyə qırmızı vərəqə göstərib. Kasseli Almaniya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsa qarşı kobudluq etdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, dünya çempionatlarında qırmızı vərəqənin tətbiqi 1970-ci ildən başlasa da, hakimlər bundan istifadə etməyiblər.