"Qızıl buts"un sahibi müəyyələşdi

Futbolqol.az-ın məlumatına görə, argentinalı futbolçu ötən gecə başa çatan La Liqada 36 oyuna 34 qol vurub. Bu göstərici ilə 68 xal yığan Messi Liverpool'un hücumçusu Məhəmməd Salahı üstələyib. Misirli futbolçu İngiltərə Premyer Liqasında başa çatan mövsüm 36 oyuna 32 qol vurub.

Bu, Messinin 5-ci belə uğurudur. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.

Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qoların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.