Daha bir qadın Makqreqor tərəfindən zorlandığını etiraf etdi

Bu yaz “The New York Times” tanınmış MMA döyüşçü Konor Makqreqorun cinsi təcavüzdə günahlandırıldığı üzə çıxıb.

Məşhur idmançı yanvar ayında tutularaq polis tərəfindən dindirilib. Daha sonra Konor DNT nümunəsi təqdim edib, ittihamların əsassız olduğunu sübut edərək sərbəst buraxılıb.

Təcavüz barədə məlumat verən qadının sözlərinə görə, dekabr ayında Dublin hotellərindən birində Konorun tilovuna düşüb. Təcavüz barədə mətbuata məlumat verilsə də, şübhəlinin adını çəkməyə icazə verilməyib.

İndi həmin nəşr Konorun keçən həftə Dublində avtomobilində bir gənc qıza təcavüz etdiyini dərc edib. Bunu zərərçəkmiş özü iddia edir, amma idmançı hələ tutulmayıb və iddianı tamamilə rədd edib.

Makqreqorun vəkilləri zərərçəkənin idmançını ləkələmək üçün bilə-bilə yalan məlumat yaydığını qeyd ediblər. (Oxu.az)