Çinli turistlərə saxta bilet satan Eldar İsayev həbs olundu

Futbolqol. az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş klub rəsmisi Tver polisi tərəfindən saxlanılıb.

O, Rusiyada keçirilən dünya çempionatında çinli turistlərə ümumilikdə 860 min avro dəyərində saxta bilet satmaqda ittiham olunur. Çinlilər pulu ödəsələr də, bilet əldə edə bilməyiblər. Messi fanatı olan bir çinli azarkeş Argentinanın İslandiya ilə oyunu üçün 4 dəfə 620 avroluq ödəniş etsə də, bilet ala bilmədiyini deyib.

İsayev iyul ayının 19-a qədər dindiriləcək. Onun günahı sübuta yetirilsə 10 ilədək azadlıqdan məhrum ediləcək.