Rusiyalı futbolçu mundialda hamıdan çox qaçıb

Mundialda rəqib qapılarına ən çox zərbə vuran Braziliya millisinin hücumçusu Neymar olub. Futbolqolaz xəbər verir ki,“sambaçı” rəqiblərini 27 dəfə “topa” tutub. Dəqiq ötürmələr üzrə göstərici isə ispaniyalı Serxio Ramosa məxsusdur. Rusiya millisinin və “Spartak” klubunun yarımmüdafiəçisi Roman Zobin çempionat iştirakçıları arasında ən çox hərəkət edən futbolçu kimi fərqlənib. O, milli komandasının keçirdiyi 5 oyunda 62 km qət edib