Messi Kataloniyanın ən nüfuzlu mükafatlarından birini aldı

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi "Sant Jordi" xaçını alıb.

Futbolqol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu, Kataloniyada ən nüfuzlu mükafatlardan hesab olunur. Mükafat 1981-ci ildən bəri hər il səyləri ilə İspaniya cəmiyyətinə kömək edən insanlara verilir.

Kataloniya təmsilçisinin saytı Messinin bütün dövrlərin ən yaxşı futbolçusu olduğunu yazıb. Saytda həmçinin təcrübəli oyunçunun erkən yaşda Argentinadan Kataloniyaya gəldiyi vurğulanıb.

Qeyd edək ki, Lionel Messi "Barselona" komandası ilə 34 titul qazanıb. Bu isə klubun tarixində ən yaxşı nəticədir. Argentinalı forvard 598 topla Kataloniya təmsilçisinin tarixində ən çox qol vuran futbolçudur. O, 5 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.