Nazarov millimiz barədə : "Bakıda istənilən rəqib üçün çətin olacaq"

"Hər iki matçda qələbə qazanmaq istəyirik. Bakıda istənilən rəqib üçün çətin olacaq. Bundan başqa, qrupumuzda Uels kimi rəqib var, amma bu səddi də aşmaq olar". Futbolqol.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunlar öncəsi deyib.

Almaniya mətbuatına danışan 29 yaşlı oyunçu klubu "Erzgebirge" haqda da danışıb: "İkinci Bundesliqada qalmaq uğrunda mübarizə apardıq. Növbəti mövsüm də yenidən eniş və yoxuşlar olacaq, ancaq narahat deyiləm. Yeni mövsüm daha çətin olacaq. Çünki "Ştutqart" və "Hamburq" kimi komandalarla oynayacağıq".

Nazarov uzun mövsümdən sonra bir az dincəlməyə ehtiyacı olduğunu söyləyib: Ümid edirəm ki, baş məşqçimiz Daniel Meyer bunun üçün imkan yaradacaq".

Qeyd edək ki, Azərbaycan Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq,