"Barselona" Ronaldinyonu ona görə satıb...

Belaruslu yarımmüdafiəçi Aleksandr Qleb "Barselona"dakı karyerasını xatırlayıb.

Futbolqol.az xəbər verir ki, 38 yaşlı futbolçu ölkəsində yayımlanan "VOKA TV"yə müsahibəsində maraqlı fikirlər səsləndirib. Anri ilə eyni evdə yaşamasından danışan Qleb Deku və Ronaldinyonun məşqə sərxoş vəziyyətdə gəldiklərini bildirib:

"Barsa"ya keçəndə bir müddət Anri ilə eyni evdə yaşadım. Mənə deyirdi ki, bir yer tapana qədər burada qal. Oteldə nə var? Ora darıxdırıcıdır. Hardasa bir ay onun yanında qaldım.

Həmişə mənə söyləyirdi ki, "Barselona"ya niyə gəlmisən. Zəng vurardın, özüm hər şeyi sənə başa salardım.

Açığı, mən əvvəlcə "Barselona"ya getmək istəmirdim. Həqiqətən! Bu, daxildən gələn bir hiss idi. "Bavariya"ya getmək və ya "Arsenal"da qalmaq istəyirdim. Ancaq menecerlər imkan vermədilər. Hələ Qvardiola da zəng vurdu.

"Arsenal"da Anri ilə bu cür danışırdıq: "salam-sağ ol". O da "Barselona"ya keçməyinə məyus olmuşdu. "Arsenal"dan sonra hər şey fərqli idi.

Ronaldinyo və Deku məşqlərə içkili gəlirdi. Sizcə, onları 2008-ci ildə niyə satdılar? Çünki Messini də yoldan çıxaracaqlarından qorxdular".

Qeyd edək ki, Qleb 2008-2011-ci illərdə "Barselona"da çıxış edib. O, ötən mövsümü isə BATE-də keçirib.