Fransa adından medal qazanan Murad Əliyev: Hara getsəm də, azərbaycanlıyam

Fransa adından çıxış edən azərbaycanlı boksçu Murad Əliyevin Oxu.Az saytına müsahibə verib.

– II Avropa Oyunlarının +91 kq çəki dərəcəsində gümüş medal qazandınız. Görüşlə bağlı fikirlərinizi bilmək istərdim...

– Çox sevinirəm ki, finala kimi gəldim, çox çətin yol keçdim. Finaldakı rəqibim Viktor Vixrist 2017-ci ilin Avropa çempionu idi. Bütün gücümü ortaya qoysam da, alınmadı. Gələcək üçün daha da gücümü artıracağam ki, medal götürüm.

– Qələbə üçün nə çatışmadı?

– Onun təcrübəsi məndən çox idi. Mən isə yeni boksçuyam. Böyük səhnədə məni tanımırdılar. 23 yaşım var. Yenicə tanınmağa başlayıram.