"Qarabağ" ÇL-də qrupa vəsiqə qazanacaq" - "Dundalk"ın futbolçusu

"Bizim üçün çox yaxşı təcrübə oldu. Ancaq nəticəyə görə təəssüflənirəm. İstədiyimiz oyunu nümayiş etdirəcəyimizi düşünürdüm. Ancaq rəqib buna imkan vermədi və bizi mübarizədən kənarlaşdırdılar. Qəbul etməli olduğumuz nəticədir".

Futbolqol.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın futbolçusu Daniel Kelli Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra İrlandiya mətbuatına deyib.

O, Ağdam klubunun ÇL-in qrup mərhələsində düşəcəyini bildirib: "Biz isə bazar ertəsi Slovakiyaya gedəcəyik. Avroliqada hələ də şansımız var. Optimist və realistəm. Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də qalır".