“Azərbaycan klublarından daim təkliflər alıram” – Dmitri Nazarov

Almaniyanın “Ersgebirge” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Dmitri Nazarov açıqlama verib.

29 yaşlı yarımmüdafiəçi əvvəlcə zarafatla milli komandada ən çox oyun keçirən Rəşad Sadıqovun rekordunu qırmaq istədiyini deyib:

“Son 7 ildə ilk dəfə milli fasiləni boş keçirdim. Azərbaycan millisində 40 oyun (8 qol) keçirmişəm. Bu baxımdan rekord Rəşad Sadıqova məxsusdur. Onun 111 oyunluq rekordunu qırmaq üçün hələ bir neçə il də oynamalıyam”.

Nazarov, daha sonra Azərbaycan klublarından təklif aldığını da bildirib:

“Azərbaycan klublarından daim təkliflər alıram. Beynəlxalq oyunlar da istəkləri təmin edir. Belə oyunlar hər zaman diqqət çəkir. Ancaq Auedə özümü yaxşı və dəyərli hiss edirəm.

Yeni sözləşmə imzalamazdan əvvəl baş məşqçi ilə söhbətimiz yaxşı alındı. Dirk Şuster məni uzun müddət burda qalmağa təşviq etdi . Klub və məşqçilərin arxamda olduğunu bilirəm”.

2016-cı ildən “Ersgebirge” klubunun şərəfini qoruyan Nazarovun hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.

Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan “Ersgebirge” 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb.