Kanada təmsilçisi tarixində ilk dəfə NBA çempionu oldu

Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Final mərhələsinin 6-cı görüşündə “Qolden Steyt”i 114:110 hesabı ilə məğlub edən "Toronto" çempion olub.

Kanada təmsilçisi qələbə qazanmaqla ümumi hesabı 4:2 edib. Komandanın heyətində Kavay Leonard qarşılaşmanın ən yaxşı basketbolçusu seçilib. O, həlledici oyunda 22 xal və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 1995-ci ildə yaranan "Toronto" komandası tarixində ilk dəfə NBA çempionu adını qazanıb.