"Formula 1" üzrə Fransa Qran-prisi start götürür

"Formula 1" üzrə Fransa Qran-prisi start götürəcək.

Futbolqol.az xəbər verir ki, mövsümün 8-ci yarışı "Pol Rikar" trasında reallaşacaq. Bu gün Bakı vaxtı ilə saat 13:00 və 17:00-da iki sərbəst yürüş olacaq. Üçüncü sərbəst yürüş iyunun 22-də saat 14:00-da başlayacaq. Təsnifat mərhələsi saat 17:00-a təyin olunub. Bazar günü keçiriləcək yarış isə saat 17:10-da start götürəcək.

Qeyd edək ki, 7 mərhələdən sonra "Mercedes"in pilotu Lüis Hemilton 162 xalla liderdir. Onu 133 xalla komanda yoldaşı Valtteri Bottas izləyir. "Üçlüy"ü qapayan "Ferrari"nin sürücüsü Sebastyan Fettelin isə 100 xalı var.

Bu il 26 - 28 apreldə baş tutan Azərbaycan Qran-prisininq qalibi Bottas olub.