Qohumunu ölümdən xilas edən güləşçi intihar etdi

Tanınmış güləşçi intihar edib.

Futbolqol.az xəbər verir ki, Britaniyanın məşhur güləşçisi Adrian Makkallom özünü öldürüb.

Onun cəsədi səhər saatlarında Şotlandiyadakı evindən tapılıb.

Qeyd edək ki, 36 yaşlı idmançı bir neçə ay əvvəl 16 yaşlı qohumunu yanğından xilas etməklə qəhrəmana çevrilmişdi.