"Minsk 2019" boksçu Bəxtiyar Qazıbəyov uduzaraq, çıxışını erkən başa vurub

Azərbaycan millisinin daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarında mübarizəyə start verib.

Futbolqol.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 64 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov ilk döyüşünü keçirib.

O, 1/16 finalda hollandiyalı Enriko Lakruzla üz-üzə gəlib. Qazıbəyov uduzaraq, Avropa Oyunlarında çıxışını erkən başa vurub.