“Minsk 2019”: Azərbaycan badmintonçusu çıxışını başa vurdu

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında çıxışını başa vurub.

Futbolqol.az-ın məlumatına görə, şəxsi yarışlarda mübarizə aparan idmançı 1/8 final mərhələsində hollandiyalı Mark Kalyou ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 1:2 (12-21, 21-17, 14-21) hesablı məğlubiyyəti ilə bitib.

O, bu nəticədən sonra II Avropa Oyunları ilə vidalaşıb.

Qeyd edək ki, Ezmi Qovimuramadhoni G qrupunda keçirdiyi üç görüşdən ikisində qələbə qazanmışdı.