"Minsk 2019": Azərbaycanın stend atıcıları 9-cu olublar

Azərbaycanın stend atıcıları “Minsk 2019” II Avropa Oyunlarında finala düşə bilməyiblər.

Futbolqol.az xəbər verir ki, Emin Cəfərov-Ruslana Cəfərova cütlüyü skit üzrə qarışıq komanda yarışının təsnifat mərhələsində 136 xalla 9-cu yeri tutublar.

Qeyd edək ki, “dördlüy”ə düşənlər finala çıxıb.