"Çelsi" Lempardla razılığa gəldi

"Çelsi" "Derbi Kaunti"nin baş məşqçisi Frank Lempardla razılığa gəlib.

Razılığa əsasən 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. London klubu sabiq futbolçusuna illik 4 milyon funt sterlinq maaş verəcək.

"Çelsi" "Derbi Kaunti"yə isə 4 milyon funt sterlinq təzminat ödəyəcək.

Xatırladaq ki, "Çelsi" baş məşqçisi Maurisio Sarri ilə yolları ayırıb. İtaliyalı mütəxəssis "Yuventus"a keçib.