FIDE reytinqi: Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun mövqeyi dəyişib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) avqust ayı üçün reytinq siyahısını açıqlayıb.

Futbolqol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ayla müqayisədə Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov bir pillə geriləyib. O, 2764 xalla 9-cu pillədə qərarlaşıb. 34 yaşlı şahmatçı norveçli dünya çempionu və lider Maqnus Karlsendən 118 xal geri qalır.

Bir pillə irəliləyən Teymur Rəcəbov 2758 xalla 12-ci sıradadır. Hesabında 2675 xalı olan Arkadi Naydiç 62-ci yerdə qalıb. Qədir Hüseynov isə 2654 xalla "100-lüy"ü qapayır. Onun da mövqeyi dəyişməyib.

Qadınların "Top-100"də Azərbaycanın iki şahmatçısı yer alıb. Bir pillə geriləyən Günay Məmmədzadə 2425 xalla 41-ci pillədədir. Yenidən "Top-100"ə dönən Xanım Balacayeva isə 2367 xalla 97-cidir.