Orxan Səfərli baş məşqçi ilə olan problemə görə dünya çempionatına aparılmayacaq - FOTO

25 avqust - 1 iyul tarixlərində Tokioda (Yaponiya) keçirilən Dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

3 dəfə Avropa çempionatında, 2 dəfə dünya çempionatında medal qazanan, ölkəmizi XXXI Yay Olimpiya Oyunlarında təmsil edən Orxan Səfərli dünya çempionatına aparılmayacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu "Facebook" profilində bu barədə açıqlama verərək, turnirə aparılacaq heyətə salınmamasına səbəb kimi baş məşqçi ilə aralarında olan problemi göstərib:

"Bu gün Dünya çempionatına gedəcək milli komanda heyəti məlum oldu. Və mən bu Dünya çempionatında heyətdə yoxam. Federasiyamızın mənə böyük dəstəyi olduğu halda, baş məşqçi ilə olan problemlərim mənim heyətden kənar qalmağıma səbəb oldu. 60 kgda keçirilən “yenidən baxiş” 3 nəfər arasında keçirilən yarışda öz istəyimlə iştirak etmədim. Düşündüm ki, mən yenidən baxılacaq bir idmançı deyiləm. 3 Avropa və 2 Dünya medalı buna sübutdur, o biri iştirakçıların heç birinin böyük medalı olmadığı halda. Bunu burda yazmağımın səbəbi də budur ki, hamı soruşur, maraqlanır və hamıya cavab verməyə fürsətim olmur. Tokio dunya çempionatı mənsiz olacaq. Mənə azarkeşlik edən hər kəsə təşəkkür".

Image may contain: 3 people, including Orkhan Safarov, people smiling, text

Goal.az