Nataliya Məmmədova karyerasını bitirdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nataliya Məmmədova karyerasını bitirib.

Futbolqol.az xəbər verir ki, 34 yaşlı voleybolçu son olaraq Qazaxıstanın "Altay” klubunda çıxış edib. O, bu komandanın heyətində Qazaxıstan çempionatının və kubokunun qalibi olub. Mövsüm başa çatdıqdan sonra "Altay"dan ayrılan Nataliya karyerasını başa vurub.

Qeyd edək ki, Ukrayna əsilli Nataliya Məmmədova karyerası ərzində Azərbaycanın "Azərreyl", "Rabitə", Rusiyanın "Zareçe", "Dinamo" (Krasnodar), "Dinamo-Kazan", "Omiçka", İsveçin "Volero", İspaniyanın "İcaro" və Türkiyənin "Türk Telekom Ankara" klublarında çıxış edib.