Daha bir ölkə “Formula 1”ə ev sahibliyi etmək istəyir

Səudiyyə Ərəbistanı “Formula 1” üzrə dünya çempionatına ev sahibliyi etməyə yaxındır.

Bu ölkədə təşkil olunacaq Qran-pri 2021-ci il mövsümündə təqvimdə peyda ola bilər. Ərəblərin bundan ötrü yarışın sahibi “Liberty Media” şirkətinə hər mövsüm üçün 60 milyon dollar təklif etdiyi bildirilir.

Hazırda “Formula 1” üzrə dünya çempionatı ardıcıllıqla 21 ölkədə keçirilir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Azərbaycan, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, Meksika, ABŞ, Braziliya və Birləşmiş Ərəb Əmirlikləridir.

2020-ci il mövsümündə isə mərhələlərin sayının 21 deyil, 22 olacağı gözlənilir. Artıq siyahıya Hollandiya və Vyetnam əlavə olunub. Almaniya Qran-prisi isə təqvimi tərk edəcək.

Qeyd edək ki, cari mövsümdə Azərbayca Qran-prisi 26 – 28 apreldə olub. 2020-ci ildə isə Bakıdakı yarışın 5 – 7 iyunda keçiriləcəyi gözlənilir.